Telefonla sifariş et!
(+99412) 493 17 04   (+99451) 312 24 40   Zəng sifariş etmək istəyirəm
Kitabları Bakıya, bölgələrə və xarici ölkələrə çadtırırıq!
20 AZN-dən çox alana çatdırılma pulsuzdur (Bakı daxilində)!
ru | en | az
Xoş gəlmişsiniz, qonaq!
Daxil ol   |   Qeydiyyat
Səbətim
Sizin səbət boşdur

Azərbaycan dilində kitablar / Uşaq ədəbiyyatı / Uşaqlar üçün bədii ədəbiyyat

Göstər
12

Grid  List 
Çipollinonun macəraları
Adı və əsərləri qısa müddətdə dünya ədəbiyatı xəzinəsinə daxil olan italyan kommunist yazıçısı Canni Rodari (1919) xüsusilə uşaq və gənclərin sevə-sevə oxuduqları bir çox şeir və nağılvarı əsərlərin müəllifidir. Bu baxımdan, onun dünya ədəbiyatında ən çox tanınmış və geniş yayılmış əsəri – “Çipollino” nağıl-povesti səciyyəvidir.

Bu kitabda oxuyacağınız həmin əsərin qəhrəmanları: Soğan, Qabaq, Turp, Kəvər, Pomidor, Portağal, Limon, Noxud, Albalı və sair meyvələrdir. Əslində isə, bütün bunlar əsər boyunca öz hərəkət və rəftarları ilə insan cəmiyətini, daha dəqiq desək, Rodarinin yaşadığı zaman və məkanın ayrı-ayrı sinif və təbəqələrini təmsil edən nümayəndələrdir.

Əsərin baş qəhrəmanı – Çipollino (bala soğan) nağılvarı bir ölkəyə səyahət edərək yoxsulları müdafiə edir və zalımlara qarşı mübarizə aparır. Burada yazıçı xəyalı ilə həyat həqiqəti bir-birilə qaynayıb-qarışır, müəllif çağdaş İtaliyanın ictimai həyatının bütün ziddiyətlərini nağılda olduğu kimi aydın, canlı, gülünc şəkildə əks etdirir.
6,49 AZN
5,52 AZN
 
Buratino
Əsərin əsas süjetini Buratino və onun dostlarının Karabas Barabas, Duremar, tülkü Alisa və pişik Bazilio ilə mübarizəsi təşkil edir. Qızıl açarı ələ keçirmək üçün gərgin mübarizə gedir. Bu açar Karabas Barabas üçün var-dövlət, onun yoxsullar üzərində hakimiyyəti deməkdir. Buratino, Karlo ata, pudel Artemon, Pyero və Malvina üçün isə azadlıq rəmzidir. Əsər xeyrin şər üzərində qələbəsi ilə sona yetir.
4,99 AZN
4,24 AZN
 
Pinokkionun macəraları
Əsərin əsas süjetini Buratino və onun dostlarının Karabas Barabas, Duremar, tülkü Alisa və pişik Bazilio ilə mübarizəsi təşkil edir. Qızıl açarı ələ keçirmək üçün gərgin mübarizə gedir. Bu açar Karabas Barabas üçün var-dövlət, onun yoxsullar üzərində hakimiyyəti deməkdir. Buratino, Karlo ata, pudel Artemon, Pyero və Malvina üçün isə azadlıq rəmzidir. Əsər xeyrin şər üzərində qələbəsi ilə sona yetir.
5,00 AZN
4,25 AZN
 
Balaca Prinses
Bombeydən olan balaca prinses Sara Kriv gözlənilmədən soyuq, tutqun Londonda peyda olur. Anası öldükdən sonra təcrübəli dənizçi olan atası onu Gənc xanımlar seminariyasına qoyur. Atasının ölüm xəbəriylə birlikdə Saraya başqa bədbəxtliklər də üz verir: aclıq, işgəncə və başqalarının təhqiri. Lakin cə...
6,50 AZN
5,53 AZN
 
Qavroş
Bu kitab Viktor Hüqonun “Səfillər” əsərinin mo­tiv­ləri əsasında hazırlanıb. Hüqonun əsərlərinə əlavələrin hazırlanmasına on doqquzuncu əsrin əvvəllərindən baş­lanılıb. İlk vaxtlar varlı ailələrin övladları üçün nəzərdə tutulan bu əlavələr, sonradan, iri həcmli kitabları almağa vəsaiti çatmayan xalq...
2,99 AZN
2,54 AZN
 
Alisa güzgüarxasında
Lüis Kerollun “Alisa Güzgüarxasında” kitabının, çətin ki, təqdimata ehtiyacı olsun. Onun haqqında eşitməyən kimisə təsəvvür etmək mümkün deyil, çünki bu nağıl uzun illərdir öz populyarlığını qoruyub saxlamışdır. Alisanın macəraları haqqında hekayələr həm uşaqlar, həm də böyüklər tərəfindən sevilə-se...
3,99 AZN
3,39 AZN
 
Cip və Yanika
“Cip və Yanika” kitabında holland yazıçısı Anna Şmitin 1953-1960-cı illərdə uşaqlar üçün yazdığı əlliyə yaxın hekayə toplanıb.  Ayrı-ayrı hekayələrdən ibarət olsa da, bu, vahid süjetli bütöv bir əsər təsiri bağışlayır. Əsərin əsas qəhrəmanları Cip adlı oğlan və Yanika adlı qızdır. Onlar hə...
2,99 AZN
2,54 AZN
 
Robin Hood
Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. Bu igid döyüşçü XII əsrdə İngiltərənin York qraflığının Şervurd meşəsində yaşayıb. Robin Hoodla çiyin-çiyinə Balaca Con, Tuk ata, Skatelok, Ağbilək Bill və digər döyüşçülər də xalqın azadlığı uğru...
4,99 AZN
4,24 AZN
 
Piter Pen
“Piter Pen” romantik nağıl-povestdir. Bu əsəri dünyada əksər uşaqlar və yaşlı adamlar oxumuşdur.

Əsərdə baş qəhrəman kimi təsvir olunan, heç vaxt böyümək istəməyən Piter Pen adi uşaqlar kimi əylənməyi sevən, olduqca nadinc, həm də böyüklər kimi qürurlu, intiqamçı və döyüşkən, eyni zaman...
6,49 AZN
5,52 AZN
 
Harri Potter  və  Simurq ordeni
Harrinin Hoqvartsda 5-ci ilinin başlamasına həftələr qalmışdı. Durslilərlə keçirdiyi bu yay tətili digər tətillərindən də cansıxıcı, əzablı keçmişdi. Səbəbi isə həyatda yeganə dayağı – xaç atası Siriusun, ən yaxın dostları – Ronla Hermionanın ona qarşı olan soyuqluğu idi. Üç ay ərzində bir-iki kəlməlik rəsmi şəkildə ona yazdıqları məktublardan başqa onu itirib-axtarmamışdılar. Bu isə Harriyə çox pis təsir edir, tək olduğu həyatda özünü olduqca tənha hiss edirdi.

Beşinci sinfin dərsləri daha çətin olacaqdı. Bu ildən peşə seçi­minə görə imtahanlar verməli idilər. ‘’Gələcəkdən Xəbərlər” qəzeti təsdiqləməsə də Harri Voldemortun qayıtdığından əmin idi. Voldemortun qayıtması isə onun həyatının təhlükədə olması demək idi…
14,99 AZN
12,74 AZN
 
Kıtabı Dədə Qorqud
“Kitabi-Dədə Qorqud” bir müqəddimə və 12 boydan ibarət dastandır. Bir sıra alimlərin fikrinə görə, bu dastanlar əsasən, X-XI əsrlərdə Azərbaycanda cərəyan edən hadisələrlə səsləşməkdədir. Eyni zamanda, həm də “Oğuznamə” adlanan bu dastanların bir sıra başqa xalqlarda da dastan, nağıl, əfsanə şəklind...
8,99 AZN
7,64 AZN
 

Göstər:
12