Xoş gəlmişsiniz, qonaq!
Daxil ol   |   Qeydiyyat
Telefonla sifariş et!
(+99412) 493 17 04   (+99451) 312 24 40   Zəng sifariş etmək istəyirəm
Kitabları Bakıya, bölgələrə və xarici ölkələrə çadtırırıq!
20 AZN-dən çox alana çatdırılma pulsuzdur (Bakı daxilində)!
ru | en | az
Səbətim
Sizin səbət boşdur

Azərbaycan dilində kitablar / Bədii ədəbiyyat / Tarixi romanlar

Göstər
12

Grid  List 
Az-Ya
Məşhur qazax şairi, alimi və ictimai xadimi Oljas Süleymenovun “Az-Ya” kitabı türk xalqlarının tarixinə, dilinə yeni yanaşma və tamamilə orijinal bir münasibətə görə yazıldığı dövrdə əsassız hücumlara məruz qalmışdı.
Kitabdakı tarixi problemlər, abidələr və digər məsələlərlə bağlı fikirlər Az...
9,99 AZN
 
Hürrəm
Uşaq vaxtı ailəsindən qoparılıb başqa bir ölkənin torpaqlarına aparılan, qul bazarından alınaraq padşahın qucağına atılan bir şimal qadını, dərdlərini içində dəfn edərək, üst-üstə yığılmış intiqam duyğularını üzə çıxarmışdımı? Tarixi quru bir hekayət olmaqdan qurtarmaq məqsədi daşıyan bu kitab qərəz...
9,99 AZN
 
Sirlər Qapısı
İtkin atası ilə dünyaya gətirəcəyi uşaq arasında qalmış bir qadın... Həyatın mənasını axtaran bir insan: Karen Kimya... Qapıları sirlərə açılan bir şəhər... Sirlərin möcüzələrə çevrildiyi gecələr. Möcüzələrin həqiqət sayıldığı zamanlar... Yeddi yüz əlli il öncədən eşidilən pıçıltı... Eşqi yalnız eşq...
9,99 AZN
 
 Professor Douelin Başı
1926-cı ildə «Vsemirnıy sledopıt» jurnalında dərc olunmuş «Professor Douelin başı» romanı dərhal oxucuların rəğbətini qazandı. Yazıçının bu ilk irihəcmli əsəri öz dövrü ilə çox gözəl səsləşirdi; çünki bu vaxt alimlər romanda göstərilən, hələlik əfsanə təsiri bağışlayan hadisəylə əlaqədar heyvanlar üzərində elmi təd-
qiqatlar aparırdılar. 1928-ci ildə Leninqradda təcrid olunmuş bədən üzvlərinin cana gətirilməsi təcrübələri keçirilirdi.
«Leninqrad tibb institutunda romanın qarşıya qoyduğu elmi problem professor və müəllimlərin iştirak etdikləri tələbə mühazirəsində müzakirəyə qoyulmuşdu» – deyə müəllif sonralar xatırlayırdı.
Hələ XIX əsrdə Braun Sekarın apardığı yarıunudulmuş diriltmə təcrübələrindən az adamın xəbəri vardı. Sovet həkimləri Bryuxonenko, Petrov və Çeçulin bu sahədə xeyli sonra işə ­başladılar.
Kitabın əhatə etdiyi elmi problem professor Neqovskini son dərəcə maraqlandırırdı. Bu həmin o Neqovski idi ki, uzun illərdən sonra dünya təbabətində ilk dəfə olaraq klinik ölüm keçirmiş ağır yaralını diriltmişdi...

5,49 AZN
 
Könül elçisi, yaxud don Xuan de Persia -Oruc bəy Bayatın hekayati
Dünya – yaşam deyilən şey SİRR İÇİNDƏ SİRDİ…
Yoxsa mövcudluğun mənası olmazdı…
N.Əbdülrəhmanlının bu tarixi bestselleri Səfəvi hökm­darı I Şah Abbasın 1599-1601-ci illərdə Moskov çarlığına və Avropa ölkələrinə göndərdiyi səfarət barədə, sə­farətin birinci katibi, zəmanəsinin gözəl təhsil görmüş adamlarından olan, döyüşçü, şair, rəssam, Qərbdə Don Xuan de Persia adıyla tanınan Oruc bəy Bayatın ömür hekayəti haqqındadı.
Həqiqətən birnəfəsə oxunan roman­da siyasi qarşıdur­malar, xəyanətlər, qətllər, fırıldaqlar, əzablarla yanaşı gözəl eşq macəraları da var…
7,00 AZN
 
Vida
Türkiyənin ən çox oxuduğu Ayşə Kulinin "Vida – əsir şəhərdə bir gün" əsəri təxminən bir əsr əvvəlin hadisələrindən bəhs edir. Birinci Dünya müharibəsinə qoşulan və hərbi kampaniyada uğursuzluqlara düçar olan Osmanlı imperiyasının paytaxtı işğal olunur, sultan və onun nazirləri yadelli işğalçıların əlinin altında məzlum vəziyyətə düşürlər…
8,00 AZN
 
Boleyn nəslindən daha bir qiz
Mariya Boleyn əsil-nəcabətli, ağıllı və gözəl bir xanımdır. O, saray intriqanı doğma dayısının təhrikiylə oğlu və varisi olmayan kral VIII Henrixin məşuqəsi olur. Boleynlər nəsli bu əlaqənin və nikahdan kənar doğula biləcək varisin hesabına öz vəziyyətlərini yaxşılaşdırmaq və təsir dairələrini genişləndirmək ümidindədirlər. Ancaq Mariyanın bacısı Anna Boleynin daha uzağa gedən planları var. O çox incə bir oyun qurur, kralın yanında yer tutmaq üçün bacısı Mariya ilə rəqabət aparır və gələcəkdə kraliça olmağa ümid bəsləyir…
Filippa Qreqori – ən məşhur müasir ingilis yazıçılarından biridir. Onun ingilis kral və kraliçaları haqqında sanballı tarixi romanları bir çox dünya dillərinə tərcümə edilmiş, "Boleyn nəslindən daha bir qız" romanısa artıq dünya bestselleri sırasına daxil olmuşdur.
Eyni adlı kinofilmdə baş rolları məharətlə ifa edən Skarlett Yohansson və Natali Portman beynəlxalq səviyyəli kino ulduzu statuslarını bir daha sübut etmişlər.
13,00 AZN
 
Səmərqənd
Amin Maalouf 1949-cu ildə Livanda dünyaya göz açıb. İqtisadiyyat və sosiologiya fakültəsini bitirdikdən sonra jurnalist kimi fəaliyyət göstərib. 1976-cı ildən etibarən Parisdə yaşayır. Müxtə...
7,50 AZN
 
Şah və Sultan
Vurğunluq…

Gözəllik…

Eşq və savaş. Təkcə könüllərin yox, alınların,

sümüklərin və gözlərin od tutub yandığı savaş.

Qəhrəman...
8,00 AZN
 
     

Göstər:
12