Xoş gəlmişsiniz, qonaq!
Daxil ol   |   Qeydiyyat
Telefonla sifariş et!
(+99412) 493 17 04   (+99451) 312 24 40   Zəng sifariş etmək istəyirəm
Kitabları Bakıya, bölgələrə və xarici ölkələrə çadtırırıq!
20 AZN-dən çox alana çatdırılma pulsuzdur (Bakı daxilində)!
ru | en | az
Səbətim
Sizin səbət boşdur

Azərbaycan dilində kitablar / Bədii ədəbiyyat / Fantastika. Mistika

Göstər
12

Grid  List 
Toranliq
“Toranlıq” romanlar seriyasının ilk kitabı olan “Toranlıq” on yeddi yaşlı İzabella Svanın, əslində, yüz doqquz yaşı olan, ancaq on yeddi yaşında bir gənc kimi görünən, sirlərlə dolu, son dərəcə yaraşıqlı vampirlə romantik və bir o qədər də təhlükəli münasibətlərindən bəhs edir.
Kitabın üz qab...
10,00 AZN
 
11.22.63
Con Kennedinin Dallasda qətlə yetirilməsindən haradasa, təxminən yarım əsr keçir. Ancaq iki məsələ hələ də açıq qalır: həqiqətən tətiyi çəkən Li Osvald idimi; əgər o idisə, o, təkbaşına hərəkət etmişdimi? “11/22/63” romanında yazdığım heç nə bu suallara cavab vermir. Çünki təxəyyülün məhsulu olan bu səyahət zaman daxilində maraqlıdır. Əgər siz də mənim kimi, bu sualların cavabsız qalmasında hələ də maraqlısınızsa, düşünürəm ki, sizə iki sözdən ibarət qənaətbəxş cavab verə bilərəm: Karen Karlin. Bu yalnız tarixə haşiyə deyil, bu, haşiyəyə haşiyədir. Amma yenə də…
14,99 AZN
 
Aclıq oyunları
Hadisələr qəddar rejimin hökm sürdüyü xəyali Panem dövlətində cərəyan edir. Kapitoli 12 bölgənin əhalisini vəhşicəsinə istismar edir və total qorxu altında saxlayır. Məhz bu məqsədlə mərkəz ildə bir dəfə hər bölgədən bir oğlan və bir qız iştirakçı olmaqla qladiator  döyüşləri – aclıq oyunları təşkil edir. Kitabın baş qəhrəmanı Katnis Everden döyüşlərin  könüllü iştirakçısıdır: o, püşkə əsasən oyunlara qoşulmalı olan kiçik bacısını əvəz edir. Bu bölgədən olan ikinci xərac – Pita Mellarkla birlikdə Katnis oyunlarda sağ qalmaq və qalib gəlmək üçün yüksək dözüm və iradə göstərməli, güc və ağıl işlətməli olur. Fantastika, macəra və detektiv elementləri ilə zəngin olan roman oxunaqlı dillə və yüksək bədii üslubda qələmə alınıb. Yazıçı əsərində totalitar dövlət nəzarəti və insan azadlığı mövzusunu ustalıqla işləyib.



Amerikan yazıçısı Suzanne Collins 1962-ci il avqustun 10-da ABŞ-nın Konnektikut ştatının Ferfild dairəsinin Sendi Huk kəndində anadan olub. 1991-ci ildən uşaq televiziya veriliş və serialları üçün ssenarilər yazmağa başlayıb. 2003-cü ildə uşaqlar üçün ilk kitabı – “Yeraltı salnamələri” seriyasından “Yerüstü Qreqor” adlı birinci romanı işıq üzü görüb. Collins 2007-ci ilə qədər populyar və oxunaqlı seriyadan daha 4 kitab çap etdirib. 2008-ci ildə “Aclıq oyunları” romanı – eyniadlı trilogiyanın birinci hissəsi çıxıb. Əsər çox qısa müddətdə bestsellerə çevrilib. Növbəti iki il ərzində trilogiyanın daha iki kitabı oxucuların ixtiyarına verilib. “Aclıq oyunları” romanı 2012-ci ildə Suzanne Collinsin öz ssenarisi əsasında ekranlaşdırılıb.
9,99 AZN
 
Yaşıl Mil
Əsər Pol Eskomin dili ilə nəql edilir. Öz cavanlıq illərini xatırlayan Pol haçansa ölüm hökmünün icrasını gözləyən məhkumlar üçün nəzərdə tutulmuş həbsxananın «E» blokunun sabiq baş nəzarətçisi olmuşdur. Onun «qəyyumları» arasında Con adlı nəhəng, safqəlbli bir zənci də var idi. O, iki kiçik qız uşağının qəddarcasına qətlində günahlandırılırdı. Sonradan məlum olur ki, Con bu cinayətdə günahkar deyil. O, sadəcə olaraq, uşaqları xilas etmək istərkən polislər tərəfindən yaxalanmışdır.

«Yaşıl Mil» romanını Stiven Kinq 1996-cı ildə yazmışdı. Kitab ilk nəşrindən sonra «Yaxşı roman» nominasiyasında Brem Stoker mükafatına layiq görülmüşdür. 1999-cu ildə isə bu roman çox uğurla ekranlaşdırılmışdır. «Yaşıl Mil» romanı Kinqin ən yaxşı əsərlərindən sayılır. Çox emosional, mürəkkəb süjet xəttinə və əlvan dekorasiyalara malik olan bu romanda təkcə mistik deyil, eyni zamanda fəlsəfi suallar da öz həllini tapır.
9,00 AZN
 

Göstər:
12