Telefonla sifariş et!
(+99412) 493 17 04   (+99451) 312 24 40   Zəng sifariş etmək istəyirəm
Kitabları Bakıya, bölgələrə və xarici ölkələrə çadtırırıq!
20 AZN-dən çox alana çatdırılma pulsuzdur (Bakı daxilində)!
ru | en | az
Xoş gəlmişsiniz, qonaq!
Daxil ol   |   Qeydiyyat
Səbətim
Sizin səbət boşdur

AliNino Publishing


Göstər
8

Grid  List 
Tereza Raken
XIX əsr klassik fransız naturalist nəsrinin parlaq və ziddiyyətli simalarından biri olan Emil Zolyanın (1840-1902) “Tereza Raken” (1867) romanı 150 il ərzində müxtəlif dillərə tərcümə olunaraq, oxucular tərəfindən maraqla qarşılanıb. Ehtirasın doğurduğu cinayət və qatillərin cinayətdən sonrakı psixoloji sarsıntıları, peşmançılıq və özünə haqq qazandırmaq cəhdi roman boyu oxucunu arxasınca aparır. Romandakı sevgi, iki insanın bir-birinə öyrəşməyi üzərində qurulub. Xalası oğlu, xəstəhal və iyrənc Kamillə xalası xanım Rakenin istəyi əsasında evlənməyə məcbur olan Tereza ərinin dostu Loranın simasında sevginin və ehtirasın gerçək dadını çıxarmaq istəyir, amma arada divar kimi olan Kamill bu yaxınlığa böyük maneədir. Məşuqlar Kamilli aradan götürməklə azadlığa qovuşacaqlarını  güman edirlər, lakin hər şey əksinə olur. Kamillin kabusu onları bir an belə rahat buraxmır və sonunda…

“Həyat – içindəki səhifələri dəyişmək mümkün olmayan kitabdır!”


7,99 AZN
6,79 AZN
 
Ailəsiz
Əsər uzun müddət öz ata-anasının kim olduğunu bilməyən və yetim kimi yad adamların arasında dolaşan balaca Reminin həyatından və sərgüzəştlərindən bəhs edir.
Yazıçı, Reminin həyatını, onun dostları – mehriban Barberen ananı, nəcib Vitalisi, sədaqətli dostu Mattianı, düşmənləri – qəddar Qarafolini, vicdansız Driskolu, hiyləgər Ceyms Milliqanı böyük məharətlə təsvir edir. H.Malo povestin tam hüquqlu iştirakçıları olan heyvanların – meymun Duşkanın, Kapi, Dolçe və Zerbino itlərin təsvirinə də böyük diqqət yetirir.

7,99 AZN
6,79 AZN
 
Kotlovan
Rus yazıçısı Andrey Platonovun 1930-cu ildə yazdığı «Kotlovan» romanı müəllifin ən parlaq əsərlərindən biridir. Bu əsər o zamanlar yazılıb ki, bütün sovet nasirləri kollektivləşmədən, sosializm quruculuğundan, əmək romantikasından, sinfi mübarizədən böyük epopeyalar yaradırdılar. Ancaq Platonov dövrün gerçəkliklərinə başqa prizmadan yanaşıb, hər şeyi olduğu kimi verməyə çalışıb. Müəllif «Kotlovan»da ölkənin düşdüyü çuxuru, insanların bu çuxurdan çıxmaq üçün çabalamalarını, ümidsizliklərini, çətinliklərin öhdəsindən gəlmək üçün yetərli gücləri olmadığını aydın şəkildə göstərib.
4,99 AZN
4,24 AZN
 
Karik və Valyanın qeyri-adi macəraları
Məktəbli uşaqlar Karik və Valya professor Yenotovun icad etdiyi mayeni içərək balacalaşırlar və tamamilə başqa bir qorxulu mühitə düşərək qeyri-adi macəralarla üzləşirlər. Onlar tanış olmadıqları bitkilərlə rastlaşır, müxtəlif qorxunc heyvanlarla qarşılaşırlar.
Əsəri olduqca maraqlı süjetlər, macəra və fantastik forma üzərində quran yazıçı bizi əhatə edən bitkilər və həşəratlar aləmi haqqında bir çox cəlbedici əhvalatları sənətkarlıqla qələmə almışdır.
7,99 AZN
6,79 AZN
 
Девушка из Золотого Рога
Роман Курбан Саида «Девушка из Золотого Рога» – трогательная история эмигрантской жизни турчанки Азиадэ и принца Абдул Керима.
После долгих и безуспешных попыток вписаться в чуждый для них западный мир, не найдя  в европейской цивилизации духовно-нравственных ценностей, могущих дать им душевный покой, они обращаются к другим истокам – религиозным. ...Разрушена старая жизнь, уничтожены привычные нормы, незыблемыми остались лишь религиозные устои.

6,99 AZN
5,94 AZN
 
Karamazov Qardaşları
“Karamazov qardaşları” Fyodor Dostoyevskinin ən iri həcmli əsəri və məşhur romanlarından biridir. Yazıçı bu əsərində oxucunun diqqətini mənəvi-fəlsəfi məsələlərə yönəldir. Əsərin personajları  – İvan, Aleksey və Dmitri Karamazovlar varlığın ilkin səbəbi və son məqsədləri haqqında mühakimələrlə məşğuldur. Onlar Tanrı və ruhun ölümsüzlüyü məsələsinə müxtəlif cür yanaşır və öz seçimlərini edirlər.
Dünya ədəbiyyatında xristian təfəkkürü təsvirinin ən dərin örnəklərindən olan «Karamazov qardaşları» XX yüzilin ən paradoksal, fəlsəfi və psixoanalitik interpretasiyalarının obyekti olmuşdur.

15,99 AZN
13,59 AZN
 
Qızıl Nağıllar
12,99 AZN
11,04 AZN
 
Sehrli Rus Nağılları
17,50 AZN
14,88 AZN
 

Göstər:
8