Xoş gəlmişsiniz, qonaq!
Daxil ol   |   Qeydiyyat
Telefonla sifariş et!
(+99412) 493 17 04   (+99451) 312 24 40   Zəng sifariş etmək istəyirəm
Kitabları Bakıya, bölgələrə və xarici ölkələrə çadtırırıq!
20 AZN-dən çox alana çatdırılma pulsuzdur (Bakı daxilində)!
ru | en | az
Səbətim
Sizin səbət boşdur

Sifarişi necə etməli

Bizim İnternet-mağazadan mal əldə etmək qaydası olduqca sadədir və bir neçə mərhələdən ibarətdir:

1.Sifarişin tərtib edilməsi

выбор товараMalı seçdikdən sonra “Səbətə” düyməsini basın – istədiyiniz mal sizin səbətə daxil ediləcək.
sebet.jpg

Əgər malı seçib qurtarmısınızsa, “Mənim səbətim” düyməsini basın.

Mənim səbətim” səhifəsində seçdiyiniz bütün mallar qeyd olunacaq.

Miqdar” bölməsində əldə etmək istədiyiniz malın sayında dəyişiklik edə bilərsiniz. Malın sayında dəyişiklik etdikdən sonra, sifarişin yekun məbləğinin hesablanması üçün “Səbəti yeniləmək” düyməsini basmaq vacibdir.

Bunun ardınca hər malın üzərində növbəti əməliyyatları aparmaq olar: malı səbətdən çıxartmaq, yaxud malın əldə edilməsini sonraya saxlamaq. Sonra isə “Səbəti yeniləmək” düyməsini basmaq lazımdır.
Həmçinin, qiymət güzəştinin kodunu da uyğun bölməyə daxil etmək olar.


корзина, расчеты

Səbətinizə nə isə əlavə etmək istəyirsinizsə, “Alış-verişə davam etmək” düyməsini basın. Alış-verişi bitirmək istəyirsinizsə, “Sifarişi yekunlaşdırmaq” düyməsini basın.


2. Sifarişin yekunlaşdırılması və təsdiqlənməsi
Malın çatdırılmasına aid zəruri məlumatların (alıcının soyadı, adı, atasının adı, çatdırılma ünvanı, əlaqə saxlamaq üçün məlumatlar, çatdırılma növü, ödəniş üsulu və s.) daxil edilməsindən sonra, sifarişin rəsmiləşdirilməsi üçün “Sifarişin yekunlaşdırmaq” düyməsini basmaq lazımdır.

Sifarişin surəti sizin sifariş zamanı göstərdiyiniz e-mailə göndəriləcək.

оформление заказа

Diqqət! Səhv qeyd olunmuş telefon nömrəsi, dəqiq, yaxud tam olmayan ünvan çatdırılmanın gecikməsinə səbəb ola bilər! Lütfən, sifarişin tərtib olunması və rəsmiləşdirilməsi zamanı özünüzə aid məlumatları diqqətlə yoxlayın.

Alış-verişin rəsmiləşdirilməsindən müəyyən müddət keçdikdən sonra (adətən, bir saat ərzində), bizim menecerimiz sifarişin rəsmiləşdirilməsi zamanı göstərdiyiniz məlumatlara əsasən sizinlə əlaqə saxlayacaq. Menecerlə çatdırılmanın dəqiq vaxtını və müddətini razılaşdırmaq, eləcə də detalları dəqiqləşdirmək mümkündür.

Qeyd: Daimi müştərilər üçün mağazanın saytında Qeydiyyat mövcuddur. Öz kabinetinizdə səbətin içindəkilərə, sifarişlərinizin tarixinə baxmaq, eləcə də sifarişi təkrarlamaq, yaxud ondan imtina etmək, mağazadakı yeniliklər haqqında məlumatların sizə göndərilməsinə abunə yazılmaq imkanınız vardır.

3. Ödəniş və qiymətlər

Saytda göstərilən qiymətlər yekun qiymətlərdir və standart qaydada təchiz etmə zamanı əlavə ödəniş tələb olunmur. Bütün rüsumlar malın qiymətinə daxil edilmişdir.

Diqqət! Hər bir ayrıca sifariş üçün, sizin istəyinizlə, yalnız bir ödəniş üsulu mümkündür. Sifarişin hissə-hissə müxtəlif üsullarla ödənişi mümkün deyil.

Mümkün ödəniş növləri

Sifarişlə bağlı çətinlikləriniz yarandığı halda bizim Çatdırma xidmətinə müraciət edin: +99412-493-04-12, +99451-312-24-40