cox sag olun minnetdaram her wey yuksek seviyyede kaw butun magazalar bele operativ iwlese Alinino.az müştəri rəyləri
Добрый вечер. Мой заказ привезли,быстро,всё аккуратно .Спасибо Вам большое🥰.С Наступающим Вас Новым годом❣️🥰 Alinino.az müştəri rəyləri
Salam.Mən onlayn sifariş etmişdim.Öncədən mənlə telefonla əlaqə saxlanıldı və yüksək səviyyədə xidmət ğöstərildi.Təşəkkür edirəm sizin çalışan komandanıza. Alinino.az müştəri rəyləri
Salam, Kitab yaxşı vəziyyətdə və gözlədiyimdən tez çatdırıldı. Sifariş prosesində mənimlə əlaqədə olan şəxs(lər) çox mehriban və effektiv idilər. Bunun üçün sizə təşəkkür edirəm. Hörmətlə, Elnur Əli
Дорогой, Ali & Nino! Получила заказ очень быстро. А еще воспользовалась скидками на Кероглу. Спасибо, золотой коллектив Ali & Nino, за то, что вы делаете- встречаете и провожаете с улыбкой, терпите капризных покупателей и всегда на позитиве.Отдельная благодарность курьерам, которые...
Təşəkkürümü bildirmək istədim peşəkarlığınıza görə. Sizdən almışdım bir neçə gün qabaq. Bu kitabı bir neçə saata çatdırdınız.
Большое спасибо , все получила.Очень хороший сервис.Расскажу о Вас друзьям. Alinino.az müştəri rəyləri
Alinino.az internet kitab mağazası kitabsevənlər üçün rahat servis xidməti göstərir. Əgər siz kitab almaq istəyirsinizsə, bu işdə bizim saytımız sizə yardımçı ola bilər. Saytda müxtəlif janrlarda kitablar, ensiklopediyalar, klassik əsərlər, belletristika, müasir və elmi bədii əsərlər təklif olunur.
Kitab mağazası Bakıda hər kəs üçündür.
Demək olar ki, hər biriniz sizə lazım olan kitabı hardan almaq problemi ilə üzləşmisiniz. Əvvəllər, bir kitabı almaq üçün bir neçə kitab mağazasına baş çəkmək məcburiyyətində qalırdınız. İndi isə, hər şey daha asandır. Onlayn mağazadan istədiyiniz kitabı əlverişli qiymətə əldə etmək imkanını yaradırıq.
Kitab almaq qərarına gəldikdən sonra, siz onu Bakının istənilən yerindən sifariş edə bilərsiniz, kuryer aldığınız malı göstərilən ünvana qısa zamanda çatdıracaq. Sifariş etmək üçün, sizin kitabı seçib “Tıkla al” düyməsinə basmağınız yetərlidir. Bu cür alış-verişin üstünlüyü – evdən vəya iş yerinizdən ayrılmadan, isdəyiniz kitabı tapmaqda vaxt itirmədən əldə etməkdir.
Əgər siz internet mağazalara güvənmirsinizsə, vəya kitabı mağazadan özünüz seçib, əldə tutub vərəqlədikdən sonra əldə etmək istəyirsinizsə, o zaman bizim mağazalarımizdan birinə gələ bilərsiniz.
Yeni texnologiyaların inkişafı ilə, yaşayış yeri iş və təhsildə böyük rol oynamır. Artıq bir çox insanlar meqapolisin səs-küyündən qaçaraq şəhər kənarı evlərdə yaşamağa üstünlük verirlər. Hətta belə hallarda belə internet mağazadan kitab almaq problem deyil, çünki mağaza bütün Bakı və Azərbaycan ərazisində fəaliyyət göstərir. Müxtəlif janrlarda istədiyiniz kitabı indi çox asanlıqda, evdən bayıra çıxmadan sifariş edə bilərsiniz. Mağazamızda istədiyiniz dildə kitablar – azərbaycan, rus, ingilis, türk dilində kitablar, uşaq ədəbiyyatı, bədii ədəbiyyat, detektivlər, klassik əsərlər, romanlar, biznes kitabları, lüğətlər, memarlıq haqqında kitablar, tarixi, hüquq kitabları, dəbə aid kitablar, kulinariya, uşaq tərbiyəsi, tibbi, psixologiya, ezoterika, dini, əl işləri, turizm, filosifiya, elmi-kütləvi ədəbiyyəta aid kitablar var. Bizim mağazamızdan istədiyiniz – fantastikadan tutmuş, elmi ədəbiyyata kimi kitabları əldə edə bilərsiniz.
Kitab almaq heç belə asan olmamışdı. İndi siz nəinki vaxt itirmədən kitab əldə edə biləcəksiniz, həm də mağazamız tərəfindən keçirilən müxtəlif aksiyalar və ya endirimlər, 50 % endirimli kitablar və hətta 1 manata olan kitabları da əldə edə biləcəksiniz. İndi siz çox asanlıqla elektron kataloqdan istifadə etməklə istədiyiz kitabı seçə, kitab annotasiyasını və kitab haqqında digər oxucuların yazdığı rəyləri oxuya bilərsiniz. Siz əmin ola bilərsiniz ki, sifarişi aldıqdan sonra məyus olmayacaqsınız – siz istədiyiniz kitabı əldə etmiş olacaqsınız.
Mağazamızda kitablarla yanaşı hədiyyələr, elektronik mallar, oyuncaqlar, pazllar, məktəb üçün ləvazimatlar, ətriyyat, A.Salamaxinanın yaylığları və milli kəlağayıları da əldə edə bilərsiniz.
Xarici ölkədə yaşasanız da bizim mağazamızdan internet ilə azərbaycan kitabları və milli suvenirləri ala bilərsiniz. Bu rus dilində və digər dillərdə olan kitablara da aiddir. Azərbaycan dilində olan kitabları biz özümüz tərcümə edib nəşr edirik.
Sifariş etdiyiniz kitabı, ödəniş edildiyi gündən bir gün sonra istədiyiniz ölkəyə göndərə bilərik. Siz sifarişlərinizi 3-12 gün arası ala bilərsiniz.
Azərbaycanın rayonlarından necə sifariş edə bilərik?
Əgər siz Azərbaycanda yaşayırsınızda kitab sifariş etmək sizin üçün çox asan olacaq. 15 illik iş təcrübəsində biz işimizin peşəkarı olmuşuq. Sifarişinizi xüsusi ödənişlə Ağstafa, Naxçıvan, Gəncə, Şamaxı, Lənkəran, Zaqatala, Quba, Qəbələ, Gədəbəy, Mingəçevir və digər şəhərlərə çatdırırıq. Siz ödənişi kitabı aldıqdan sonra edirsiniz.
Alinino.az internet mağazamızdan kitab əldə etmək hər zaman rahat və əlverişlidir.